Türkiyədə əxlaqsızlığa qarşı əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, əməliyyat Kırıkkale rayonunun Yahşihan qəsəbəsində baş tutub.
Əməliyyatdan əvvəl polis əməkdaşların fiziki və texniki vasitələrlə apardığı araşdırmalar nəticəsində məlum olub ki, 3 yaşayış binasında pul qarşılığında qadınları fahişəliyə cəlb edirlər. Keçirilən əməliyyat zamanı qadınları fahişəliyə cəlb edən 33 yaşlı F.F., 47 yaşlı azərbaycanlı D.S., özbəkistanlı 47 yaşlı U.J və 37 yaşlı G.K. adlı qadınlar saxlanılıblar. Həmçinin qaçmaq istəyən M.Ş. da sonrada ələ keçirilib.
Onların fahişəlikdən əldə etdikləri 50 min lirə nağd pul müsadirə olunub. F.Y. barəsində fahişəliyə cəlbetmə və vasitəçilik etmək maddəsi ilə cinayət işi başlanıb.
