Kameraları sındırıb  ödəmə terminallarını qarət edən tutuldu
10 yanvar 2026 14:23 (UTC +04:00)

Kameraları sındırıb ödəmə terminallarını qarət edən tutuldu

0

Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yerləşən maǧazaların birində quraşdırılan ödəmə terminalından pul və tütün məmulatlarının oǧurlanması, həmçinin mağazanın müşahidə kameralarının yaddaş qurğusunun sındırılması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində təqsirli bilinən Nahid Süleymanov saxlanılıb.

Onun analoji əməli Bərdə rayonunda yerləşən mağazada da törətdiyi müəyyən edilib.

Faktla bağlı Laçın Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə N.Süleymanov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1999

Oxşar yazılar