İranın paytaxtı Tehranın mərkəzində etirazçılara atəş açılması nəticəsində yaralanan azı 217 nəfər şəhərin altı xəstəxanasında ölüb.
Lent.az xəbər verir ki, bu barədə Time nəşri məlumat yayıb.
Materialda bildirilir ki, ölənlərin sayı ilə bağlı məlumat təsdiqlənərsə, bu, 8 yanvar axşamından etibarən ölkədə internet və telefon rabitəsinin demək olar ki, tam kəsilməsi fonunda gözlənilən repressiyalara siqnal ola bilər. Hadisə eyni zamanda ABŞ prezidenti Donald Trump üçün açıq çağırış kimi qiymətləndirilir. Tramp həmin gün daha əvvəl bəyan etmişdi ki, etirazçılar öldürülərsə, rejim “cəhənnəmlə üzləşəcək”. Etirazçıların sayı isə artmaqda davam edir.
Qeyd edək ki, dekabrın sonlarında İranda yerli valyutanın kəskin dəyərdən düşməsi fonunda etiraz aksiyaları başlayıb. Aksiyalar təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi ilə müşayiət olunub: gözyaşardıcı qazdan və pnevmatik silahlardan istifadə edilib. Etirazlar ölkənin 25 vilayətində 60-dan çox şəhəri əhatə edib. Ən iri aksiyalar Tehranda, ən şiddətli toqquşmalar isə ölkənin qərb və cənub-qərb bölgələrində, Malekşahi, Kirmanşah və Lordegan şəhərlərində qeydə alınıb.
İranın ali rəhbərinin müşaviri Ali Şamxani bildirib ki, İrana qarşı istənilən təcavüz dərhal sərt cavabla nəticələnəcək. Onun sözlərinə görə, respublikanın müdafiə doktrinasında “bəzi cavab tədbirləri hədənin reallaşmasından əvvəlcədən müəyyən edilir”.