İran şah sülaləsinin varisi Rza Pəhləvi etirazçıları ölkədə hakimiyyətin güc yolu ilə ələ keçirilməsinə çağırıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, videomüraciətini X sosial şəbəkəsində paylaşıb.
“Bizim məqsədimiz təkcə küçələrə çıxmaq deyil, əsas məqsəd şəhərlərin mərkəzlərini ələ keçirməyə və onları nəzarətdə saxlamağa hazırlaşmaqdır”, — deyə Pəhləvi bildirib.
O, həmçinin İran əhalisini, xüsusilə iqtisadiyyatın əsas sahələrində çalışanları, ümumi tətilə qoşulmağa çağırıb.
Hazırda ABŞ-da yaşayan Rza Pəhləvi əlavə edib ki, 1979-cu ildə İslam İnqilabından sonra ölkəni tərk etmiş atasından sonra özü də həlledici anda xalqının yanında olmaq üçün İrana qayıtmaq istərdi.