Tramp Qrenlandiyanın işğalı  planını hazırlamağı tapşırdı
11 yanvar 2026 05:53 (UTC +04:00)

Tramp Qrenlandiyanın işğalı planını hazırlamağı tapşırdı

0

ABŞ Prezidenti Donald Tramp ölkənin Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığına Qrenlandiyanın işğalı üçün ətraflı plan hazırlamağı tapşırıb.

Lent.az xəbər verir ki, bu barədə "The Mail on Sunday" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Tramp Qrenlandiyanı strateji mövqeyi və mineral sərvətlərinə əsasən ilhaq etmək istəyir.

O, əvvəllər dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1264

Oxşar yazılar