Müğənni Günel Zeynalova son günlər taxdığı zinət əşyaları ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, ifaçı bu dəfə məşhur "Van Cleef & Arpels" brendinə məxsus sırğaları ilə gündəmə gəlib.
Əlhambra kolleksiyasına məxsus olan aksessuarın qiyməti 12.200 dollardır (təxminən 20 min 740 manat).
Qeyd edək ki, sırğa keçmiş kolleksiyaya məxsus olsa da, 18 əyyarlı sarı qızıldan ibarətdir.