Türkiyənin tanınmış müğənnisi Aleyna Tilki iştirak etdiyi proqramda gündəlik rutinlərini danışaraq hər kəsi təəccübləndirib
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, gənc sənətçi günün irəliləyən saatlarında enerjisinin artdığını, gecələr isə zirvəyə çatdığını deyib:
"Gecə azadlığımı tapdığım zaman. 9 saat gəzindiyim olur. Bəzən gecə saat 12-də başlayıb səhər 9-a qədər gəzirəm. Maşınım gəlir, bir az dincəlirəm, sonra yenə davam edirəm.
İnsanlar küçəyə çıxmazdan əvvəl mən səhəri qarşılayıram. Gəzintiyə çıxmaq, yol getmək, yağışda qəhvə içmək... Bunlar mənim üçün çox qiymətlidir. Səmimi, təbii, sadə şeylər mənə ən çox xoşbəxtlik verən şeylərdir".