Sevgili olmaq, nişanlanmaq hələ evlənmək vədi vermək deyil. Adi insanlar kimi, ulduzlar da uzunmüddətli münasibətlərini anidən sonlandıra, tərk edib gedə bilərlər.
Lent.az sevgilisini tərk etmiş, münasibətləri yarımçıq qalmış ulduzlardan bəhs edir.
Leonardo Di Caprio və Bar Refaeli
Sevgililər 2006-cı ildə birlikdə olmaq qərarını rəsmən elan etdilər və 2009-cu ildə anidən ayrıldılar.
Castin Timberleyk və Cameron Diaz
Timberlake və Diaz arasındakı roman 2003-cü ilin aprelində başladı və demək olar ki, dörd il davam etdi, lakin münasibətlərin rəsmi qeydiyyatı heç vaxt baş tutmadı.
Gvinet Paltrovun kişi sarıdan heç bəxti gətirməyib. Onun münasibətlərinin hamısı uğursuzluqla başa çatıb. Onun ilk uğursuz sevgilisi Brad Pitt olub.
Son Penn və Skarlett Johansson arasında yaş fərqi 24 il olsa da, onlar xoşbəxt idilər. Anidən Şon qızı qoyub qaçdı.
Hyu Grant və Liz Harli sevgili idilər və həmin günlərdə Hyu küçə qadınları ilə avtomobilində görüntülənincə münasibətlər başa çatdı.
Conni Depp və Vanessa Paradi
Bu cütlük rəsmi nikaha girmədən iki uşaq sahibi oldu, 14 il birlikdə yaşadı. Lakin ayrıldılar. Vanessa onun üzüyünü taxıb, evlilik təklifini ala bilmədi.
Bradli Cuper və Rene Zellveger 3 il birlikdə yaşadıqdan sonra ayrıldılar.
Cim Kerri və Katriona Uayt
Cim Kerrinin keçmiş sevgilisinin hekayəsi faciəvi şəkildə bitdi - qız intihar etdi. Buna onun ulduz sevgilisindən ayrılması səbəb oldu. Cim Kerrinin bu hadisədən sonra psixologiyası pozuldu.