Türkiyədə yayımlanan məşhur serial “Eşkiya dünya hükümdar olmaz” serialının yeni sezon bölümünün yayımı dayandırıldı.
Lent.az yerli mətbuata istinadən bildirir ki, ötən gün serialın 200-cü bölümü yayımlanmalı idi.
“Eşkiya dünya hükümdar olmaz”ın yayımlandığı ATV kanalı son gündə prodüsser ilə imzaladığı müqaviləni yerinə yetirməyib. Bundan sonra serial heyəti bölümü yayımlamaqdan imtina edib.
Serialın yaxın zamanda hansı kanalda yayımlanacağı açıqlanmayıb.