Əməkdar artist yenə əməliyyat olundu -  FOTO
01 mart 2022 16:09 (UTC +04:00)

Əməkdar artist yenə əməliyyat olundu - FOTO

Əməkdar artist Gülbahar Şükürlü növbəti dəfə əməliyyat olunub.

Lent.az xəbər verir ki, qarmon ifaçısı növbəti əməliyyatı gözündə etdirib: “Bir müüdət öncə bir gözümü əməliyyat etdirdim. Sonra növbəti gözümdə əməliyyat uğurla yekunlaşdı. Hazırda evdəyəm, özümü yaxşı hiss edirəm”. 

Qeyd edək ki, Əməkdar artist daha əvvəl Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Onun başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir müddət öncə xəstəxanaya getməkdən və əməliyyatdan imtina etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3927
avatar

Yalçın UĞUR

Oxşar yazılar