Elza ilə Gülay arasında QALMAQAL : "Özünü Sibel Cana oxşadır"
09 mart 2022 16:01 (UTC +04:00)

Elza ilə Gülay arasında QALMAQAL: "Özünü Sibel Cana oxşadır"

Əməkdar artist Elza Seyidcahan həmkarı Gülay Zeynallı barədə qalmaqallı fikirlər səsləndirib.

Lent.az-ın məlumatına görə, E.Seyidcahan “Günün sədasında” deyib: 

“Əl çəksin kədər” adlı bəstəmi Gülay Zeynallıya verdim, oxudu. Peşman oldum mahnını verməyimə. İstəmirəm kiminsə xətrinə dəyim. Amma sənəti sənətdən başı düşənə verməlisən.

Gülay istedadlıdır, amma axının arxasınca düşüb gedir. Özlərini Türkiyə müğənnilərinə bənzədirlər. Xəbərim olmadan Gülay mahnını oxuyub, radioya verib. Mahnının bir yerində “Əl çəksin kədər” gedir. Amma o “Əl çəhsin kədər” oxuyub. Onun həmin ifasına qulaq asanda az qala beynimə qan sıza.  

Brend paltarlar geyinirsiz, özünüzü ledilər kimi aparırsınız. Ədəbi dilimizi də elə qorumalısız. Sonra "Intagram"da yazıb ki, mahnını pul verib almışam, nə vaxt istəyərəm, onda da oxuyaram. Mahnıya da az pul verib. Hörmət eləmişəm.

Gülayın simasında bir çox müğənnilərə demək istəyirəm ki, onlar daha çox simalarına önəm verirlər. Yaşlarının da elə vaxtıdır ki, onlara ehtiyac yoxdur. Sənətə önəm vermək lazımdır. Mahnı da oxuyanda elə bilirsən Sibel Cana, Ebru Gündeşə oxşayır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3954
avatar

Yalçın UĞUR

Oxşar yazılar