Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini canlı efirdə sensasiyalı açıqlama verib.
Lent.az xəbər verir ki, MTV-də yayımlanan "Tarixin bir günü" verilişində müğənninin keçmiş gəlini Canana bildirib ki, keçmiş qayınanası ilə qalmaqal yaşadığı zaman Fransadan ona zəng gəlib.
Müğənninin keçmiş gəlini bildirib ki, hazırda Fransada mühacir həyatı yaşayan, Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev ona zəng edib.
Canananın efirdə bu açıqlaması şok effekti yaradıb.
İddia olunur ki, Elşad Abdullayev Cananaya video zəng edib və itkin düşmüş qardaşının yerini soruşub.
Qeyd edək ki, illər əvvəl də M.İsgəndərlinin adı "Elşad Abdullayev işi"ndə hallanıb.
Müğənni məsələ ilə bağlı illər əvvəl deyib ki, tanınmış insan olduğundan E.Abdullayev qardaşının yoxa çıxması ilə bağlı ictimaiyyətin fikrini yayındırmaq və diqqəti ona yönəltmək üçün onu ittiham edib: “Elşadla təklikdə olan görüşümüz zamanı o mənimlə mehriban danışıb, irad bildirməyib, Mahirin sağ olduğunu söyləyib, salamını çatdırıb, məni heç bir şeydə ittiham etməyib. Sonradan Elşadın nə səbəbə, nə məqsədlə mənə qarşı bu cür ittihamlar etməsinin səbəbini bilmirəm”.
Mövzu ilə bağlı videonu təqdim edirik: