Əməkdar artist Gövhər Rzayeva koronavirus yoluxub.
Lent.az-ın məlumatına görə, "Elgizlə izlə" verilişinə qonaq olan qarmon ifaçısı bildirib ki, artıq özünü yaxşı hiss edir:
"Hərarətim 38 oldu, təcili yardım çağırdım. Səhər ciyərlərimi yoxlatmağa qaçdım. Təmiz çıxdı. Amma test pozitiv oldu. Elə bil ki, can verirsən, bu saat öləcəksən. Sümüklərin ağrıdan elə bil ayrılırdı. Dərmanlar qəbul etdim, vitaminlər içdim. Evdə müalicə olundum və sağaldım".