Çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs edilən türkiyəli iş adamı, fenomen Dilan Polatın köməkçisi Şule kimi tanınan Şaklo N. tutulub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl bir alış-veriş mərkəzində Polatın gödəkçəsi ilə görüntülənən özbəkistanlı Şulenin bu dəfə villaya qohumlarını yerləşdirdiyi müəyyən edilib.
Polis bununla bağlı Dilanın evində yoxlama zamanı Şaklo K. və Nərgiz K. adlı iki nəfəri saxlayıb. Araşdırmalar zamanı Şaklo K.-nın yaşayış icazəsinin bitdiyi, Nərgiz K.-nın isə 9 ay əvvəl turist vizası ilə daxil olduğu və ölkədə qanunsuz qaldığı müəyyən edilib.
Nəzarət altına alınan şəxslərin lazımi prosedurlardan sonra deportasiya olunmaq üçün Selimpaşa Geri Göndərmə Mərkəzinə təslim ediləcəyi məlum olub.