Devid Bouinin əlyazması bu qiymətə satılır
07 noyabr 2023 02:56 (UTC +04:00)

Devid Bouinin əlyazması bu qiymətə satılır

Britaniyalı mərhum müğənni-bəstəkar Devid Bouinin "Rock 'n' Roll Suicide" və "Suffragette City" mahnılarının əlyazma sözləri 100 min funt sterlinqə (təxminən 210 330 manat) auksiona çıxarılacaq.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, sənətçi sözləri bir A4 vərəqinin hər iki tərəfinə yazıb. 

Musiqi artefaktı "Omega" hərrac evi tərəfindən satışa çıxarılacaq.

Qeyd edək ki, sözügedən bəstələr ilk dəfə 1972-ci ildə "The Rise and Fall of Ziggy Stardust and the Spiders from Mars" klassik albomunda işıq üzü görüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3216
avatar

Oxşar yazılar