Türkiyəli məşhur müğənni Demet Akalını və həyat yoldaşı Okan Kurtu “işsiz-gücsüz” yorumu əsəbləşdirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni Demet Akalın sosial media hesabında həyat yoldaşı Okan Kurtun videolarını paylaşıb.
Onun izləyicilərindən biri görüntülərə baxdıqdan sonra “Maşallah, ömrümdə balaca (Okan Kurt) kimi işsiz adam görməmişəm. Bu saatda da evdədir”, - deyə şərh yazıb.
Tənqidlərə biganə qalmayan Akalın “baxma, səndə evində otur baxma, millətin ərinə” cavabını verib.