Xalq artisti Nazpəri Dostəliyeva “Zaurla Günaydın” verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, verilişdə müzakirələrə səbəb olacaq açıqlama verib: “Bu gün çox istəyərdim ki, qadın işləməsin. Qadın ər çörəyi yesin. Çünki indi o qədər qəliz məsələlər var ki... Bir qadın övladının müəlliməsi olsa, məktəbdə dərs verən müəllimədən daha çox uşağına xeyir vermiş olacaq. Kişi o qadını işləməyə qoymur ki, özü bütün qayğıları həll edə bilir. Əgər kişi qadını, uşaqları saxlaya bilmirsə, bu düzgün deyil”.