Cinsi təcavüzə görə həbsdə olan müğənni qızını da zorlayıbmış
14 oktyabr 2024 20:46 (UTC +04:00)

Cinsi təcavüzə görə həbsdə olan müğənni qızını da zorlayıbmış

Seks cinayətinə görə məhkum edilmiş müğənni R. Kellinin qızı Coan Kelli uşaqlıqda atasının cinsi zorakılığına məruz qalması barəsində danışıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Karma: Qızın səyahəti" sənədli filminə çəkilən 26 yaşlı Coan uşaqlığında  atasının cinsi zorakılığına məruz qaldığını iddia edib.  O bildirib ki, bunu ilk dəfə 2009-cu ildə, 10 yaşında olanda anası Andreaya deyib. 

"O, pis adam olsa belə, mənə nəsə edəcəyini bilmirdim. Heç kimə deyə bilmirdim, cəsarətim çatmırdı, hətta anama deməkdən çox qorxdum", - o bildirib.

Sənədli filmdə Cona və bacılarının müsahibələrinə yer verilib.

O, həbsxananın 57 yaşlı atası üçün "uyğun yer" olduğunu xüsusilə vurğulayıb.

 R.Kellinin cinsi istismara məruz qalanda cəmi 8-9 yaşında olduğunu iddia edən Coan Kelli göz yaşları içində bunları söyləyib: "O, mənə toxunan zaman oyandığımı xatırlayıram. Nə edəcəyimi bilməzdim, sadəcə uzanıb yatmış kimi davranardım". 

Müğənni R.Kelli vəkili vasitəsilə ittihamları rədd edib. 2023-cü ilin fevralında R.Kelli uşaq pornoqrafiyası və istismar ittihamı ilə Çikaqoda 20 il həbs cəzasına məhkum edilib. 2022-ci ildə isə o, Nyu-Yorkda yerləşən reketçilik və seks alveri ittihamı ilə 30 il həbs cəzasına məhkum edilmişdi. O, hazırda iki cəzasının 19 ilini eyni vaxtda çəkir və 2045-ci ildə azadlığa çıxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8634
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar