Daha çox erotik filmlərdəki rolları, açıq-saçıq şəkilləri ilə məşhurlaşan Hollivud ulduzu Pamela Anderson 2016-cı ildə Moskvaya səfəri və Rusiya prezidenti Vladimir Putinlə görüşü barədə danışıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa veqan həyat tərzi sürdüyünü və heyvanları müdafiə cəmiyyətinin aktiv üzvü olduğunu bildirib. Elə 2016-cı ildə Rusiya paytaxtına səfərinin məqsədi də bununla bağlı olub. O, nəsli kəsilən dəniz heyvanlarının qorunması üçün çağırışlar edib.
“Kremldə yüksək vəzifəli məmurlarla eyni masa arxasında oturmuşdum. Öz kağızlarımı qarışdırır, delfin, suiti və nəsli kəsilməkdə olan balıqların şəkillərini göstərərək, onlardan kömək göstərmələrini xahiş edirdim.
Putin otağa bir neçə dəqiqəlik daxil oldu. O hər şeyi eşitmişdi. Biz danışmadıq, lakin mənə dedilər ki, o mənim heyvanlara göstərdiyim qayğıdan məmnun qalıb.