Məşhur model Didem Soydan bir müddət eşq yaşadığı Can Bonomonu unuda bilməməsi ilə gündəmə gəlib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, model iştirak etdiyi bir verilişdə keçmiş sevgilisindən ayrılma səbəbi haqqında danışıb.
"Uşaq istəyirdi, mən istəmədim, ona görə də ayrıldıq. Sevdiyim insan evlidir, ailəsi var" sözləri ilə açıqlama verib. Onun bu sözləri sosial şəbəkələrdə gündəm olub. İzləyicilər bu sözləri müğənni Can Bonomaya aid ediblər.
Bu açıqlamalardan sonra Can Bonomodan mənalı paylaşım gəlib. Belə ki, müğənni sosial media hesabında "Şimdi sonsuza qədər ağla" mahnısını paylaşıb. Bunun ardınca Soydan açıqlamasını yalanlayıb.
Qeyd edek ki, Didem Soydanla münasibəti bitdikdən sonra Bonomo 2018-ci ildə aktrisa Öykü Karayellə evlənib və Roman adlı bir oğlu var.