“Şahmaran” adlı serialda cəsur səhnələri ilə adından söz etdirən türkiyəli məşhur aktyor Burak Denizin alt paltarında çəkdirdiyi foto gündəm olub.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, fotonu “Şahmaran” serialının rejissoru Umur Turağay paylaşıb. Rejissor həmin paylaşımı dəqiqələr ərzində silib.
Umur Turağay paylaşımı silənə qədər şəkil bir çox hesablar tərəfindən paylaşılıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Burak Denizin ağ alt paltarında verdiyi poza Şener Şenin "Ne olacak şimdi?" filmdəki səhnəyə bənzədilib.