Türkiyədə baş verən və 10 şəhəri təsir edən 7,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı getdikcə artır.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, türkiyəli məşhur aktrisa Doğa Rutkay da bu qandonduran hadisəyə biganə qalmayıb.
Məşhur aktrisa “instagram” səhifəsində bu mesajı yazıb:
“Əziz ölkəm, əziz vətənim, əziz vətəndaşım. Heç vaxt silinməyəcək bu yaranın sahibi mənim ölkəmdir. Ölkəmizin minlərlə, on minlərlə gözəl insanı köməyə tələsir. Xilasedicilər, tibb işçiləri, mədənçilər, əsgərlərimiz... Allah hamınızı qorusun. Bu fəlakətin yaralarının sağalmasını arzu edirəm. Arzu edirəm ki, bu fəlakətin sahibləri cəzalarını alsınlar. Ümid edirəm ki, bu fəlakətin birləşdirici gücü yaraları sağaldır. Hər kəs pərişan haldadır”.