Britni Spirs
25 iyun 2021 05:21 (UTC +04:00)

Britni Spirs

Britni Spirs məhkəmədə üsyan etdi: "Həyatımı geri istəyirəm"

Müğənni Britni Spirs ötən gün uzun bir aradan sonra hakim qarşısına çıxıb.

Lent.az "Haber Global"a istinadən xəbər verir ki, sənətçi açıqlamaları ilə gündəmə gəlib. Həyatı ilə bağlı etiraflar edən Britni hər kəsi təəccübləndirib:

"Yeni bir telefon aldım və deyəcək çox sözüm var. 2 il əvvəl bura gələndən sonra çox şey dəyişib. Hamısını unutmamaq üçün yazdım. İllərdir məhkəməyə çıxmaq istəmədim, çünki dediklərimin başa düşülməyəcəyini düşündüm. İndi son 4 ayda yaşadıqlarımı anlatacam. Mənə bunu yaşadanların bu salondan rahat çıxıb getməsini istəmirəm".

Spirs son 13 ildir atası Ceymi Spirsin qəyyumluğundan xilas olmaq üçün davam edən məhkəmədə gözlənilməz açıqlamalar verib. İfaçının vəkilləri 39 yaşındakı müğənninin atasının qəyyumluğundan çıxarılması üçün ötən il Los-Anceles məhkəməsinə müraciət edib. 2020-ci ildə hakim müğənninin atasının vərəsəlikdən uzaqlaşdırılması tələbini rədd edib. Britni bir daha təkbaşına qərar alma haqqını itirib.

Britni 68 yaşındakı atasının 60 milyonluq sərvətini idarə etməsindən hər ay 16 min dollar alarkən, Ceymi övladının acınacaqlı vəziyyətinə əhəmiyyət verməyib.

# 3654
avatar

Oxşar yazılar