Bir də heç vaxt qırıla bilməyəcək Avroviziya rekordları
11 may 2026 10:24 (UTC +04:00)

Bir də heç vaxt qırıla bilməyəcək Avroviziya rekordları

0

“Avroviziya-2026” müsabiqəsinin başlamasına az qalmış, illər keçsə də hələ də yenilənməsi mümkünsüz görünən rekordlar yenidən gündəmə gəlib. Mütəxəssislərin fikrincə, yarışmanın tarixində xüsusi yer tutan bəzi nailiyyətlərin yaxın gələcəkdə qırılması demək olar ki, mümkün deyil.

Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir. 

“Avroviziya” tarixinin ən məşhur rekordlarından biri Sandra Kim adına məxsusdur. Müğənni 1986-cı ildə cəmi 13 yaşında olarkən müsabiqənin qalibi olub. Bundan sonra Avropa Yayım Birliyi qaydalarda dəyişiklik edərək iştirakçılar üçün minimum yaş həddini 16 olaraq müəyyənləşdirib. Bu səbəbdən Sandra Kimin rekordu artıq faktiki olaraq əlçatmaz hesab olunur.

Müsabiqə tarixində xüsusi yer tutan digər rekord isə Eden Alene ilə bağlıdır. İsrail təmsilçisi “Avroviziya-2021” zamanı yarışma tarixinin ən yüksək notlarından biri sayılan B6 notunu ifa edərək unikal vokal nailiyyətinə imza atıb.

Həmin il Moldovanı təmsil edən Natalia Gordienko isə çıxışı zamanı 17 saniyə davam edən uzun vokal notu ilə daha bir maraqlı rekord müəyyənləşdirib.

Toplanan xal rekorduna gəlincə, bu göstərici hələ də Salvador Sobral adına məxsusdur. Portuqaliya təmsilçisi “Avroviziya-2017”də səsləndirdiyi “Amar pelos dois” mahnısı ilə 758 xal toplayaraq müasir səsvermə sistemində ən yüksək nəticəni əldə edib.

Müsabiqənin ən çox müzakirə olunan antirekordlarından biri isə Böyük Britaniyaya aiddir. 2021-ci ildə James Newman nə tamaşaçılardan, nə də peşəkar münsiflər heyətindən bir xal belə ala bilməyib.

Digər maraqlı rekord isə Malta ilə bağlıdır. Ölkə 1971-ci ildən etibarən “Avroviziya”da iştirak etsə də, yarım əsrdən artıq müddətdə hələ də müsabiqənin qalibi ola bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 782

Oxşar yazılar