Dünyaca məşhur model Ashley Graham "12 yaşımda bədənimdən utandırıldım" deyə bildirib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ashley Graham gənc qız kimi model fəaliyyətinə başladığında bədəninə görə necə utandırıldığından danışıb.
Modanın daha ilk günlərindən bədən ölçüsünə görə üzləşdiyi ayrı-seçkilikdən bəhs edən Ashley Graham, "Birlikdə işlədiyim ilk fotoqraflardan biri anama dedi ki, "Ashley arıqlayıb 12 ölçüdən 6 ölçüyə keçərsə, o, hər zaman işləyə bilər'" deyib. Ashley Graham o yaşda öz bədənindən utanmalı olduğu düşüncəsinə salındığını etiraf edib.