“Eurovision - 2021” təmsilçilərimiz Samirə Əfəndi bir müddət öncə bağladığı "Instagram" səhifəsini yənidən açıb.
Lent.az-ın məlumatına görə, ifaçı bu addımını belə izah edib:
“Niyə etdim? Cavab sadədir, mənə fasilə lazım idi. Bütün düşüncələrimi toplamaq, gələcək planlarımı fikirləşmək və istirahət etmək üçün. İndi isə mənim sevimli dostlarım, sizinlə daha yaxın olmaq və sizi gündəlik həyatımın atmosferinə daha çox salmaq istəyirəm. Hazırsınız?”.