Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli aktrisa Sinem Ünsal yeni münasibətə başlayıb.
Lent.az xəbər verir ki, o, həmkarı Berk Cankatla sevgilidir. İlk dəfə münasibəti haqqında danışan Ünsal, sevgilisi ilə aralarının çox yaxşı olduğunu bildirib:
“Berk mənim üçün çox yaxşı seçimdir. Mən də ona yaxşı təsir edirəm. Biz uzun müddətdir bir-birimizi tanıyırıq. Daha çox vaxt keçirdikcə, münasibətə başlamağa qərar verdik”.
Qeyd edək ki, Sinem Ünsal bir neçə il əvvəl yayımlanan “Mucize Doktor” serialı ilə məşhurlaşmışdı. Onun atası əslən azərbaycanlıdır.