Xezer TV-nin aparıcısı Aytən Səfərova marketdən aldığı düyünün içindən həşəratlar çıxdığını deyib. Lent.az-ın məlumatına görə, aparıcı social şəbəkədəki səhifəsində video payalaşaraq bu sözləri vurğulayıb:
"Mumtaz" düyüsü aldım, baxın, hər şey normaldır. Ağzını açdım və içində qara cücülər var. Başa düşürəm aşın üstündə qarası olar, amma bu dərəcədə yox. İndi kimsə çıxıb bəyanat yayacaq, mənim heç bir düyü ilə problemim yoxdur. Üstündə tarix 2024-cü ilə qədər göstərib".