Türkiyədə çox məşhur olan “Aşk-ı Memnu” serialının hazırda film variantı çəkilir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, filmdə yeni aktyorlar iştirak edəcək.
Əldə olunan məlumatlara görə, “Aşk-ı Memnu”nun “Nihal” obrazını gənc aktrisa Helin Kandemir canlandıracaq.
Qeyd edək ki, “TAFF Pictures” bu filmdə “Bihter” obrazını oynamaq üçün məşhur aktrisa Farah Zeynep Abdullahla müqavilə imzalayıb.