Rusiyanın Əməkdar artisti, aktyor Stanislav Sadalski Alla Puqaçovanı sevginin köləsi adlandırıb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o Allanın əri Maksim Qalkini son dərəcə axmaq adlandıraraq, ağzını yummasını tövsiyə edib.
“Qalkin gicbəsərdir, o gərək ağzını açıb danışmasın. Alla sevginin quludur, ona görə Qalkinin arxasınca sürünür. Onun ölkədən gedişini həddən artıq diqqətə alırlar. Gedib gedib də. Nə yapışmışıq ondan, qocalıb, ömrünü rahat şəkildə başa vurmaq istəyir”, - o qeyd edib.