Xəbər verdiyimiz kimi məşhur müğənni Alla Puqaçova Rusiyaya qayıdıb. Onun ölkəyə gəlməsi xeyli müzakirələrə səbəb olub.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, şoumen Stas Baretski bildirib ki, Alla Borisovna əslində Rusiyaya birdəfəlik qayıdıb. Onun iddiasına görə, Alla Borisovna əri Maksim Qalkindən ayrılır.
“O, Qryaz kəndindəki mülkünün satılmasından imtina edib və ərindən ayrılır. Bunu dəqiq bilirəm. Onların boşanacağını yaxın ətraflarındakı hər kəs bilir”, şoumen vurğulayıb.
Qeyd edək ki, Puqaçova və Qalkinin iki əkiz övladı var.