"Sürətli və Qəzəbli" serialı, "Qara Adam" və "San Andreas" filmləri ilə tanınan məşhur aktyor Dueyn Conson prezidentliyə namizədliyi üçün müxtəlif partiyalardan təklif aldığını bildirib.
Lent.az xəbər verir ki, bu barədə sənətçi qatıldığı verlişdə məlumat verib.
“Heç vaxt siyasətə girmək istəməmişəm” deyən aktyor siyasətdə bir çox şeyə nifrət etdiyini deyib.
Aktyor ilk dəfə 2017-ci ildə prezidentliyə namizədliyini irəli sürmək ideyası ilə gündəmə gəlib və sonra siyasətə getməyəcəyini bildirib və atalıq vəzifəsinin onun üçün “ən vacib şey” olduğunu bildirib.