Müğənni Damla ( Mənsumə Məmmədova ) sinəsi açıq şəklinə görə tənqid edilməsindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədə açıqlama verib:
"Bu fotoya görə yazılmayan təhqir, tənqidi şərhiniz qalmadı. İdarə etdiyim məclislərdə gənc gəlinlərimizin əksəriyyəti açıq sinə dekolteli gəlinliklər geyinirlər.
Hələ bəzi ailəli xanımlarımızın toy libaslarını görəndə bəzən düşünürəm ki, evdar xanım mən, onlar səhnə adamlarıdır. Bir az böyütməsək".