Açıq-saçıq geyindiyi üçün həbs oluna bilər
23 avqust 2023 17:12 (UTC +04:00)

Açıq-saçıq geyindiyi üçün həbs oluna bilər

Reper və dizayner Kanye Uestin yeni həyat yoldaşı Bianca Sensori İtaliya küçələrində açıq-saçıq geyimdə gəzdiyinə görə 10 min avro cərimə oluna və hətta həbs oluna bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, İtaliya Konstitusiya Məhkəməsinin qərarına əsasən, bu cür pozuntulara görə 5 min avrodan 10 min avroya qədər cərimə və ya 4 aydan 4 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Avqustun əvvəlində italyanlar Bianca Sensorinin "çılpaq" geyimlərindən narazı olduqlarını bildiriblər. Əvvəlcə Kanye Uestin həyat yoldaşı Florensiya küçələrində kiçik qara büstqalterdə və dar qamaşda görünüb, sonra isə şəffaf taytda və açıq-saçıq bədən geyimində küçəyə çıxıb.

Florensiya sakinləri Sensorinin geyimlərini "hörmətsiz" və "vulqar" adlandırıblar, bundan sonra cütlüyü ölkəni tərk etməyə çağırıblar.

Tvitterdə bəzi istifadəçilər cütlüyün küçələrdə gəzdikləri halda italyanlara hörmət etmədiklərini yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4437
avatar

Oxşar yazılar