Yalçın Rzazadə yenidən xəstəxanaya yerləşdirilir
20 fevral 2020 12:24 (UTC +04:00)

Yalçın Rzazadə yenidən xəstəxanaya yerləşdirilir

Xalq artisti Yalçın Rzazadə yenidən Türkiyədə xəstəxanaya yerləşdiriləcək.

Bu barədə Lent.az-a müğənninin özü deyib. O, bildirib ki, yenidən müayinə ediləcək:

 “Artıq xeyli müddətdir müalicə olunuram. Əməliyyatım uğurla keçdi. Təsəvvür edin ki, səhərdən axşama qədər dərmanlar, sistemlər qəbul etdim. İynələr vuruldu, hələ davam edir. İnşallah gələn  bazar günü yenidən Türkiyədəki xəstəxanaya yerləşdiriləcəm. Bütün bunlara və mənə göstərilən diqqətə görə, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm. Ölən günümə qədər bu insanlara dua edəcəyəm. Allah onların canını sağ eləsin”.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə bağlı Bakıda xəstəxanaya yerləşdirilmiş, sonra əməliyyat olunmaq üçün Türkiyəyə getmişdi. Bir aya yaxındır Azərbaycandadır.

Onu da əlavə edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3815
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41