Müğənni Rəqsanə İsmayılovanın Xalq artisti Tünzalə Ağayeva barəsində dediyi qalmaqallı sözlər cavabsız qalmayıb.
Lent.az-ın məlumatına görə, T.Ağayeva sosial şəbəkədə fransız yazıçısı Deni Didroya aid olan sözləri paylaşaraq, bunları qeyd edib:
"Xoş deyil kimsəni məzəmmət etmək,
Bilmədən, görmədən həqarət etmək.
"Yaxşılıq" təqdirəlayiq hərəkət,
Minnətsiz olması böyük məharət!
Allah da gizlidir, əsl mərhəmət,
Əməl sahibinə verilən qiymət.
Yalnız yaxşılıq etmək kifayət deyil,
Yaxşılığı incəliklə etmək də vacibdir".
Tünzalə daha sonra paylaşımına Rəqsanə ilə bağlı yazılan şərhlərə bəyən işarəsi qoyub.
Qeyd edək ki, Rəqsanə T.Ağayevanın ünvanına "15 min toydan pul alırsınız. Yarısını xalqa xərcləyin də. Hara aparacaqsınız, öləndə özünüzlə aparmayacaqsınız. Dövlət məmurlarının uşaqlarının toylarını oxuyurdunuz. "Xalq artisti" adını alıb şokolad mağazası açmaqla deyil. Tünzalə Ağayeva, şokoladı göndərirsiniz müğənnilərin evinə, reklam edirsiniz. Səni sevən xalqa kömək et. Bağlatdır o şokoladdan on qutu, göndər on yetimin evinə" sözlərini deyib.