Müğənni Rəqsanə İsmayılova Moskvada 250 azərbaycanlı ailənin 2 aylıq qida ehtiyacını qarşılamağı öz üzərinə götürüb.
Lent.az-ın məlumatına görə, ifaçı bu barədə Instaqramda açıqlama verib:
“Moskvada olan 250-dən çox ailəni 2 aylıq himayəmizə götürdük. Ərzaqlarla təmin etdik, düşdükləri çətin vəziyyətlərində çıxış yolu tapmağa çalışdıq. Bu da son deyil, davam edəcəyik. Bu çətin dövrdə həmyerlilərimizlə bərabər olacam”.