Müğənni Roza Zərgərli "Bizimləsən" verilişinə müraciət edən iki gəncə 5 min manat bağışlayıb.
Lent.az xəbər verir ki, Şəhriyar və Ülkər adlı gənc evlənmək istədiyini, amma mənzilləri olmadığını bildiriblər. Proqramın aparıcısı Zaur Baxşəliyev isə onlara ev almaq üçün kömək aksiyası başlatdırıb. Roza aksiyaya ilk dəstək verən şəxs olmaq istədiyini bildirib. Ötən gün proqramda gənclərin nişan mərasimi baş tutub. İfaçı onlara nişan hədiyyəsi olaraq pul göndərib.
Z.Baxşəliyev isə pulu gənclərə verməyəcəyini, ev almaq üçün toplanan məbləğin üstünə qoyacağını söyləyib.