Müğənni Nazim Pişyari həmkarları Nura Suri və Kərim Abbasovdan danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, həmkarlarının istəyilə ATV-də yayımlanan “Ən yaxşısı” proqramından kənarlaşdırıldığını bildirib.
Nazim bu barədə ARB TV-də yayımlanan “Ona qalsa” verilişində deyib:
“Nura xanımla heç bir ədavətim yoxdur. Ona zamanında dəstək olmuşam. Əli Mirəliyev “Nuranın səsi yoxdur” deyəndə onu müdafiə etmişəm.
Mətanət Əliverdiyevanın verilişinə qonaq gəldim. Aparıcı məni elan etməli idi, prodüser yaxınlaşdı ki, sənin Nura ilə nə problemin var? Dedi, onlar deyir ki, siz çəkiliş meydançasına girsəniz, onlar gedəcək. Dedim ki, onlarla problemim yoxdur. Yaxşı, Nura, mənim Kərimlə ədavətim var, sənə nə olub? Dünənki cücərtilər mənə meydan oxumaq istəyirlər. Dedilər ki, tək səninlə veriliş edə bilmərik, bizi üzrlü say. Daha sonra studiyada başqa veriliş çəkiləcək. Bu mənə çox pis təsir etdi. Özümü təhqir olunmuş kimi hiss etdim. Dedim ki, dövr dəyişib. Gör kimlərin sözü ilə buradan xaric olunuram. Boynumu büküb, çıxıb getdim. Məndən onlara nəsə çatdırıblarsa, zəng vur. Heç vaxt qadın haqda danışmıram".