Müğənni Nazim Pişyari qalmaqalda olduğu həmkarı Nura Suridən danışıb.
Lent.az-ın məlumatına görə, “Show news” verilişində Nuranı müğənni saymadığını deyib:
“Onunla ağız-ağıza vermək istəmirəm. Qadındır. Mən onu silsilə mahnılarla tanımıram. Onun hansı mahnısı var ki? Barəmdə nə istəsə danışa bilər. O, ancaq danışmaqla tutuzdurub. O, səhnəyə dedi-qodu ilə gəlib. Dedi-qodu ilə də həyatını sürür. Barəmdə elə insan danışa bilər ki, sənəti olsun. Axı Nura Suri oxuya bilmir. Demirəm ki, mən kiməm. Amma mən özümü təsdiq eləmiş insanam. Məni səhnəyə gətirən insan Xalq artisti Flora Kərimovadır. Sizi sənətə kim gətirib, bəlli deyil”.