Nazim Kərimə barışıq əli uzatdı - Cavabı pis oldu - VİDEO
25 noyabr 2019 12:09 (UTC +04:00)

Nazim Kərimə barışıq əli uzatdı - Cavabı pis oldu - VİDEO

0

Müğənni Kərim Abbasov 13 il küsülü olduğu həmkarı “Faytonçu” Nazim Pişyari ilə barışmaq niyyətində deyil.

Lent.az-ın məlumatına görə, Nazim “ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, küsülülüyə son qoymaq niyyətindədir:

“İstədim ki, barışaq. Küsülülük nəyə lazımdır ki? Bir-birimizə dəstək olarıq. Niyam Samiyə dedim ki, Kərimlə yaxın dostsan, bizi barışdır. Mən idarə etdiyim toya Kərim gəlmişdi, mikrofonumu istədi, vermədim. O da mənim bu hərəkətimi mənfi qəbul edib”.

Kərim Nazimin barışıq təklifinə bu cür cavab verib: “Yox, heç vaxt barışmaram. Ürək barışmayandan sonra niyə əlini sıxım? Bu mövzunu bağlayaq. 13 ildir onu danışdırmıram. Bundan sonra 15 ildə danışmaram, heç bir dəyişiklik olan deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2722

Oxşar yazılar