Nadir Qafarzadə efirdə AĞLADI
16 aprel 2020 17:11 (UTC +04:00)

Nadir Qafarzadə efirdə AĞLADI

Müğənni Nadir Qafarzadə efirdə dünyasını dəyişən anasından danışan zaman ağlayıb.

Lent.az-ın məlumatına görə, "Şou ATV" verilişində qonaq olan ifaçı bildirib ki, anası onun yaxşı günlərini görməyib:

"Atamı göstərirsiz, onun yoxluğu mənim üçün belə də... Amma anamdan danışanda məni yandırır. Ona lazım olanda imkanım yox idi, yanında olmadım. İndi imkanım var, amma anama heç nə edə bilmirəm. Qınayarlar ki, atası üçün belə deyir. Amma anam 70 il ömür sürdü, 7 dəfə xoşbəxt olmadı. Əzabla övlad saxlayan, yeməyən, ac qalıb uşağını yedizdirən, qürurlu qadın idi. Heç vaxt kasıblığını göstərmədi.

İndi qadınlara demək istəyirəm ki, tez boşanmayın, övlad xatirinə dözün. Ailəni dağıtmağa nə var ki... Əsas onu qurmaqdır. Anası olanlara həsəd aparıram. Yanındaykən ananızın qədrini bilin, onu qocalar evinə atmayın (ağlayır). Sonra yandıracaq sizi, dəhşətdir... Elə yanıram ki...".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4147
avatar

Yalçın UĞUR

Oxşar yazılar