Modelimiz dünyanın ən yaraşıqlısı oldu - FOTO
08 dekabr 2019 10:09 (UTC +04:00)

Modelimiz dünyanın ən yaraşıqlısı oldu - FOTO

0

Dekabrın 7-də Türkiyənin İstanbul şəhərində “Best Model of The World – 2019” beynəlxalq gözəllik müsabiqəsinin finalı baş tutub.

Yarışmada azərbaycanlı model Nuru Əhmədov qalib gəlib. O, saytımıza açıqlamasında çox sevincli olduğunu və məqsədinə çatdığı üçün qürur hissi keçirdiyini bildirib.

40 ölkənin qatıldığı müsabiqədə ikinci yeri Belçika, üçüncü yeri isə Türkiyə təmsilçiləri qazanıb.

Xatırladaq ki, Azərbaycana sonuncu dəfə bu qalibiyyəti 12 il əvvəl model Rüstəm Cəbrayılov gətirmişdi. O, 2007-ci ildə İstanbulda keçirilən “Best Model of The World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olmuşdu.

(Qafqazinfo)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3169

Oxşar yazılar