İlahə Fəda Tacirə bu dəfə NƏLƏR DEMƏDİ: "Bu məxluq..." - VİDEO
03 fevral 2020 09:28 (UTC +04:00)

İlahə Fəda Tacirə bu dəfə NƏLƏR DEMƏDİ: "Bu məxluq..." - VİDEO

Müğənni İlahə Fəda qalmaqalda olduğu Tacir Şahmalıoğluna cavab verib. Lent.az-ın məlumatına görə, İlahə Tacirə sosial şəbəkədə video paylaşaraq, bu sözləri ünvanlayıb:

 

“Bir neçə müddətdir ki, sosial şəbəkədə mənə qarşı bir linç kampaniyasına başladılıb. Bunun səbəbini bilirsiniz. Amma məsələnin görünməyən tərəfi var. Bilin ki, mən dəli deyiləm. Mən durduğum yerdə niyə kiməsə ağır söz deyim. Bu insanın, məxluqun bizim ailəmizə vurduğu zərərin illərdir altını çəkirik. Burda çox şey deyə bilərəm. Ürək süfrə deyil ki, açıb deyək. Bəzi şeyləri deyə bilmirəm. Mənim bildiyim şeyləri musiqi aləmi bilir. Onun bizim ailəyə vurduğu zərbəni unuda bilmirəm. Deyəcəksiniz ki, sən belə danışırsan, bacın belə. Bacım həzm edə bilir, hər şeyi həzm edə bildiyinə görə, başına bu işlər gəldi. Mən istəyirəm ki, ona zərbə vuran keçmişi yanında olmasın. Bu işləri zamana buraxıram. Zaman hər şeyi göstərəcək. Allahdan istəyirəm ki, kaş ki, mən haqsız çıxım”.

Qeyd edək ki, Tacir İlahə barədə bu sözləri demişdi:

"Mən 11 yaşımda bir əsər oxudum, hələ də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Oxuduğum da "Qızıl fond"dadır. İndiyə qədər də yazıb-yaradıram. Ona heç xanım da demirəm, o söz ona düşmür - İlahə Fəda. Xalq üçün bunları etmişəm, sən nə etmisən?. Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Çıxıb Rövşanə Ağasəfqızının verilişində ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma, sən kimsən bilinmir.

Kimliyini sübut edərəm, amma heyf ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?".

Tacirin bu sözlərinə isə, İlahə "Qısa deyəcəm: İt hürər, karvan keçər. Bu qədər", - fikirlərini səsləndirmişdi.

T.Şahmalıoğlu isə onu cavabsız qoymamışdı:

"Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu sözdür danışırsan? Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5904
avatar

Yalçın UĞUR

Oxşar yazılar