Rəqqasə Fatimə Fətəliyeva qalmaqal yaşadığı müğənni Xatun Əliyeva barədə danışıb.
Lent.az-ın məlumatına görə, rəqqasə aparıcının "Heç məhkəmədə uduzmusan?" sualına belə cavab verib:
"Allah heç kimə göstərməsin ki, şərlə qarşılaşasan, vəkil tutasan. Orada ailəmə, şəxsiyyətimə, namusuma, balalarıma toxunulmuşdu. Məhkəmədə uduzmadım, qarşı tərəf boynuna almadı və məsələ bağlandı. Burada heç kim udmadı, sadəcə baxılmadı. Adını çəkmirəm, hamı başa düşür. Mənə etdiklərini heç vaxt bağışlamayacam. Haqqımda dedilər ki, Fatimə xınaya 500 manata gedir. Yeri gəlir, pulsuz da gedirəm".