Rəqqasə Fatimə Fətəliyeva yeni biznes qurmağa hazırlaşır.
Fatimə bu barədə Lent.az-ın canlı yayımında açıqlama verib. O bildirib ki, yeni biznesinin nədən ibarət olduğunu hələ ki açıqlamaq istəmir: "Yeni biznes qurmağa çalışırdım, koronavirus gəldi, qorxdum. İndi büdcəmdə pul qalmayıb. Biznesimin nədən ibarət olduğunu demək istəmirəm. Bircə onu deyə bilərəm ki, bu biznes qadınlara aiddir.
Fatimənin sözlərinə görə, biznesdə pul itirdiyi anlar da olub:
"Gəlinlik salonumu açanda uğursuzluq yaşadım. Maşınımı satdım, bütün pula gəlinlik aldım. Amma alınmadı, 40 min dollar pul itirdim. Yəni bu bizneslə pul qazanmaq olmadı".