Azərbaycanlı aktrisa Çimnaz Sultanova növbəti dəfə sosial şəbəkədəki paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Lent.az-ın məlumatına görə, oyuncaq panda ilə kamera qarşısına keçərək, müxtəlif pozlar verib. Yeni şəkillərini instaqram səhifəsinə yükləyən Çimnaz paylaşımına “Uolt Disney deyib ki, xəyal qurursunuzsa, edə bilərsiniz. Hər şeyin bir düşüncəylə başladığını heç vaxt ağlınızdan çıxartmayın. Bu cür sözlər insanı çox xoşbəxt edir. Xəyal etdiyini, hətta xəyal etdiyindən daha da çoxunu yaşamaq bir insan üçün nə böyük bir şansdır” sözlərini yazıb. Aktrisanın paylaşımı müzakirə olunub.