Azərbaycanın "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin yarışmada səsləndirəcəyi mahnı müəyyənləşib.
Lent.az-ın məlumatına görə, o, müsabiqədə “Cleoptra” adlı mahnını ifa edəcək.
Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da keçiriləcək.