Əməkdar artist Aybəniz Haşımova bu gün qızı Aynişan Quliyevaya toy edəcək.
Lent.az-ın məlumatına görə, A.Haşımova bu barədə sosial şəbəkədə status yazıb:
“Bu da ömrümün son, ən böyük imtahanı...Səni sevdiyinin mənzilinə yola salıram qızım. Bilmirəm ürək sözlərimi, arzularımı haradan başlayıb, harada bitirim...Titrəyən əllərim hərflərin əlində bahar yelinə bənzəyir... Özüm isə, donmuşam.... Nə baş verir?... Sən doğrudan böyüdün qızım?...Yoxsa, mən qocalmışam?... Əllərim niyə belə əsməyə başladı?... Yoxsa, səni 28 il qucağımdan, bağrımın başından qoparıb... Nə yaman çətinmiş səndemə. Həyatın ən çətin imtahanı buymuş. Hər səhər yuxudan oyadanda, ayaqlarının altında ölməsəm ürəyim rahat olmurdu balam...Sənin doğum günün, doğum günümə çevrilən balam... Ən böyük sevgilim... Bilirsən?...sən mənim ürəyimdə məskən quranda ürəyimdə dedim. “Sən mənimsən, mənim”... Səni bütün günü sevdim... Əlini sevdim, üzünü sevdim, gözlərini, o, bapbalaca vuran ürəyini sevdim.
Hal-hazırda bu sərtləri göz yaşlarımda boğularaq yazıram. Amma qurban olum, sən ağlama. Sən heç vaxt ağlama. Sənin gözlərindən sevinc yaşları axsın. Bilirsən, niyə kövrəldim? Çünki bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi. Şükür bu günə. Allah sayəndə Kənan kimi dəyərli bir oğul bəxş etdi mənə. Şükür ki, igidin əmanətini igidə əmanət edirəm. Kənan, balama yaxşı bax oğlum. O mənim varım-yoxum, bircə balamdır. Allah sizi xoşbəxt etsin”.
Qeyd edək ki, oğlan toyu fevralın 8-i olacaq. Şəhər restoranlarından birində baş tutacaq məclis mediaya qapalı keçiriləcək. Aynişanın ailə qurduğu şəxs Kənan fitnes müəllimidir.