Rusiyalı uşaq aktyor Maksim İvanov qatıldığı teleproqramlardan birində çəkildiyi hər layihə üçün aldığı qonorardan danışıb.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, o çəkildiyi hər 3 dəqiqəlik reklam üçün 30 min rubl (314 dollar) qazandığını söyləyib.
Bu günə qədər reklamlar istisna olmaqla, 39 serialda yer almış balaca aktyor bu sənəti davam etdirmək istədiyini, rollara çəkilməkdən zövq aldığını deyib.
“Çətin işdir. Yeməyə və yatmağa çətinliklə vaxt tapıram. Amma aldığım bütün qonorarımı özümə, əyləncələrimə xərcləyirəm”,- deyə o bildirib.
Maksim İvanov futbolçu Andrey İvanovun oğludur.